A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş katibi Qırğızıstan Parlamentinin Beynəlxalq Əlaqalər Komitəsinin sədri ilə görüşmüşdür. - Turk-PA.org
Friday, 07 October 2022, 18:54:22 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş katibi Qırğızıstan Parlamentinin Beynəlxalq Əlaqalər Komitəsinin sədri ilə görüşmüşdür.

30.03.2012 07:53
29 mart 2012-ci tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsənov Bişkekə həyata keçirdiyi işgüzar səfəri çərçivəsində Qirğızıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri cənab Almazbek Batırbekov ilə görüşmüşdür.
Görüşdə cənab Almazbek Batırbekov TÜRKPA-nın türkdilli ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirən bir təşkilat olduğunu ifadə etmişdir. Eyni zamanda təşkilatın beynəlxalq əlaqələrinin daha da genişlənməsi və nüfüzunun artırılması ilə bağlı görülən işlərin təqdirlə qarşılandığını bildirmişdir.
Öz növbəsində Baş katib Ramil Həsənov TÜRKPA-nın fəaliyyəti və təşkilatın beynəlxalq əlaqələri haqqında geniş məlumat vermişdir. TÜRKPA-nın qısa müddət ərzində dünyanın nüfüzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlığının inkişafı və bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs etmişdir. Eyni zamanda TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək III Plenar iclası ilə bağlı hazırlıq işlərinin başlandığını və bu işgüzar səfərin də məhz bununla bağlı olduğunu qeyd etmişdir. Qırğızıstan Parlamentinin də ev sahibi olaraq tədbirin həyata keçirilməsinə dəstək verəcəyinə inandığını bildirmişdir.
Cənab Almazbek Batırbekov beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələrin inkişaf etdirilərək təşkilatların qarşılıqlı şəkildə müşahidəçi statusunun alınması ilə əlaqədar TÜRKPA-nın fəaliyyətlərinə hər zaman Qırğizistan Parlamenti tərəfindən dəstək veriləcəyini vurğulamışdır. TÜRKPA-nın III Plenar iclasının da uğurla həyata keçiriləcəyinə əminliyini və Qırğızıstan Parlamentinin artıq bu istiqamətdə işə başladığını diqqətə çatdırmışdır.
Görüşdə digər vacib məsələlər də müzakirə edilmişdir.
Görüşdə TÜRKPA Baş katibinin müavini cənab Bektemir Ziyadinov da iştirak etmişdir.