A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TürkPA sədrliyi Elm, İnnovasiya və Texnologiyalar üzrə Asiya Parlamentlərarası Forumuna ev sahibliyi etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:53:53 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TürkPA sədrliyi Elm, İnnovasiya və Texnologiyalar üzrə Asiya Parlamentlərarası Forumuna ev sahibliyi etmişdir

28.09.2016 16:46
Qazaxıstan Respublikası Parlamentinin aşağı palatası olan və hal-hazırda TürkPA-ya sədrlik edən Məclis Elm, İnnovasiya və Texnologiyalar üzrə Asiya Parlamentlərarası Forumuna ev sahibliyi etmişdir. Təntənəli toplantı 26-27 sentyabr 2016-cı il tarixində Astanada keçirilmişdir.


Dünyanın 20-dən çox ölkəsindən olan millət vəkilləri və ekspertlər, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri forumun elm və texnologiyalar, həmçinin onların qanunvericilik bazasına dair aktual məsələlərinə toxunmuşdur.

Forum Qazaxıstan Parlameti Məclisi tərəfindən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və İslam İnkişaf Bankının birgə əməkdaşlığı ilə təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Qazaxıstan Parlamentinin sədri Nurlan Niqmatulin Forumun Qazaxıstanın Müstəqilliyinin 25-ci ildönümü ərəfəsində keçirilməsinin simvolik xarakter daşıdığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Məclis Sədrinin də qeyd etdiyi kimi, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev müstəqilliyin ilk günündən İslam dünyası ölkələri daxil olmaqla Asiya ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət vermişdir.

“Bildiyiniz kimi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında Asiya ölkələrinin dünya iqtisadi inkişafına böyük təsirini qeyd etmişdir. Bununla əlaqədar olaraq Asiya ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi parlamentlərimiz üçün böyük məsuliyyətdir” - deyə cənab Niqmatulin qeyd etmişdir. O həmçinin İslam ölkələri birliyinin regionda stabillik və təhlükəsizliyin möhkəmləndirilməsində, təhsil, elm və İslam mədəniyyətinin inkişafında böyük nailiyyətlər əldə etdiyini vurğulamışdır. Cənab Niqmatulin Qazaxıstanın yeni texnologiyalar və innovativ elmlərin inkişaf etdirilməsində Qazaxıstanın dünya ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Parlament Məclisinin Sədri Qazaxıstanın 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə sammitinə ev sahibliyi edəcəyi haqqında məlumat vermişdir.