A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TürkPA üzv ölkələrinin sosial və mədəni məsələlər üzrə komitələrinin üçüncü birgə toplantısı keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 14:34:28 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TürkPA üzv ölkələrinin sosial və mədəni məsələlər üzrə komitələrinin üçüncü birgə toplantısı keçirilmişdir

28.09.2016 14:49
27 sentyabr 2016-cı il tarixində Astana şəhərində TürkPA-nın Qazaxıstan sədrliyinin himayəsində TürkPA üzv ölkələrinin sosial və mədəni məsələlər üzrə komitələrinin üçüncü birgə iclası keçirilmişdir. İclas 26-27 sentyabr 2016-cı il tarixlərində Astanada keçirilən elm, texnologiya və innovasiyalarla bağlı Asiya Parlamentlərarası Forumu çərçivəsində təşkil edilmişdir.


İclas iştirakçılarından Qazaxıstan Respublikası Parlamenti Məclisi və Senatının üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin və Türkiyə parlamentinin üzvləri, eləcə də Türk Akademiyasının, Qazaxıstan Milli Muzeyinin və TürkPA Katibliyinin nümayəndələri Türkdilli ölkələrdə sosial məsələlər, eləcə də elm, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın vacibliyinə dair fikir mübadiləsi aparmışdır.

İştirakçıları salamlayan Qazaxıstan Respublikası parlamenti Məclisinin üzvü cənab Sauytbek Abdraxmanov 2008-ci ildə Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılan TürkPA-nın Türkdilli ölkələr arasında qarşılıqlı konstruktiv fəaliyyətin möhkəmləndirilməsi sahəsində uğurla fəaliyyət göstərməyə qadir bir quruma çevrildiyini qeyd etmişdir. Cənab Abdraxmanov Türk institutları ilə birgə fəaliyyətin qardaş xalqlar arasında birlik bağlarının daha da
gücləndirəcəyini vurğulamışdır.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Beybit Mamrayev və Bekbolat Tleuxan diqqəti TürkPA üzv ölkələri arasında geniş əməkdaşlığa, xüsusilə sosial və mədəni sahələrdə fikir mübadiləsinə çəkmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin Sədr müavini Bəxtiyar Əliyev qanunvericiliyin uyğunlaşdırılmasında mühüm rola malik model qanunların yaradılmasını təklif etmişdir.

Türkiyə Böyük Millət Məclisinin üzvü Orhan Atalay öz çıxışında birgə universitetin yaradılması təklifini vermiş və qeyd etmişdir ki, üstünlük ixtisaslaşdırılmış universitetlərə verilməlidir.

Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kidirali, eləcə də TürkPA Komissiya katibi Emin Həsənov etdiyi çıxışlarda təşkilatlarının yuxarıdakı məsələlərlə əlaqədar fəaliyyətləri haqqında geniş məlumat vermişdir.