A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

İkinci Dünya Köçəri Oyunları - Turk-PA.org
Friday, 07 October 2022, 23:47:15 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

İkinci Dünya Köçəri Oyunları

06.09.2016 17:21
3 sentyabrda Mərkəzi Asiya xalqlarının köçəri irsinin qeyd edilməsi məqsədilə “Gücdə birlik, Ruhda birlik” şüarı altında təşkil edilmiş İkinci Dünya Köçəri Oyunlarına start verilmişdir. Oyunlar 3-8 sentyabr tarixləri arasında ikinci dəfə olaraq Qırğızıstanda, İssik-Kul gölünün şimal sahillərində baş tutacaq. Proqrama 62 ölkədən 2000 atlet qatılmışdır.


“Müasir dövrdə insanlar öz tarixini unudur və ənənəvi mədəniyyətlərin tükənmə qorxusu vardır. Köçəri mədəniyyət isə bu gün bəşəriyyətin axtardığı davamlı inkişaf nümunəsidir” deyə Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev açılış mərasimindəki çıxışında qeyd etmişdir.

Dünyanın Etnik idman növlərini canlandıran proqrama qartal ovu, sümük atma, kök-boru və güləş, stolüstü oyunlar kimi 23 kateqoriyaya aid oyunlar daxildir. Köçəri oyunların ziyarətçilərə nümayiş etdirilməsi məqsədilə bir neçə yüz sayda yurtalar hazırlanmışdır. Həmçinin köçəri sivilizasiyalarla bağlı musiqili nümayişlər və konfrans tədbirləri də keçirilmişdir.

İkinci Dünya Köçəri Oyunlarının açılış mərasimində TürkPA-nın Baş Katibi cənab Jandos Asanov da iştirak etmişdir və bu çərçivədə Zati-aliləri Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevlə görüşmüş və Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Çınıbay Tursunbekov ilə danışmışdır.