A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Demokratiya və Həmrəylik Sammiti - Turk-PA.org
Friday, 07 October 2022, 23:21:35 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Demokratiya və Həmrəylik Sammiti

05.09.2016 09:35
1 sentyabr 2016-cı il tarixində Ankarada Türkiyə Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Kahramanın dəvəti ilə İraq parlamentinin nümayəndələr Şurasının Sədri və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Prezidenti Salim-Əl Cuburi, Serbiya Respublikasının Milli Assambleyasının Spikeri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı parlament Assambleyasının (QDİƏT PA) Prezidenti Maya Qoykoviç, Avropa Şurası Parlament Assambleyasının Prezidenti Pedro Aqramunt, Aralıq dənizi Parlament Assambleyasının vitse-prezidenti Belal Qasem, Avropa parlamentinin vitse-prezidenti David-Maria Sassoli, NATO Parlament Assambleyasının vitse-prezidenti Paolo Alli, Aralıq dənizi Parlament Assambleyası İttifaqının üzvü Maria Mussini və Türkdilli ölkələrin parlament Assambleyasının (TürkPA) Fəaliyyətdə olan Sədri adından Qazaxıstanın Türkiyədəki səfiri Canseyit Tüymebayev kimi spiker və yüksək vəzifəli rəsmilərin başçılığı ilə Demokratiya və həmrəylik Sammiti toplanmışdır.


Türkiyə parlamentinin sədri, TürkPA Şurasının üzvü cənab İsmayıl Kahraman öz çıxışında qeyd etmişdir ki, demokratiya, insan hüquqları və qanunun aliliyi universal dəyərlərdir və gələcək nəsillər üçün bu dəyərlər uğrunda mübarizə aparmaq lazımdır. “Təəssüflər olsun ki, demokratiya bizə hərbi çevrilişə qarşı qalxan insanların həyatı bahasına başa gəldi. 241 nəfər şəhid oldu, hələ də 2195 nəfər yaralı var. Sammitdə iştirak edən nümayəndə heyətləri 101 ölkə və 2 mln. 900 nəfərlə təmsil edilir ki, bu da Türkiyə demokratiyasına verilən dəyər və dəstəyin göstəricisidir” deyə cənab İsmayıl Kahraman bildirmişdir.

Sammitdə Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Qazaxıstan Respublikasının Türkiyədəki səfiri cənab Canseyit Tüymebayev tərəfindən təmsil edilirdi. Səfir Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri, TürkPA-nın Fəaliyyətdə olan Sədri cənab Nurlan Niqmatulinin salamlarını çatdırdı və TürkPA-nın həmişə demokratiya, insan hüquqları və qanunun aliliyi kimi hamılıqla qəbul edilən dəyərlərə sadiq olduğunu söyləyərək, Türkiyədə hökuməti devirməyə cəhd edən hərbi çevrilişi qətiyyətlə qınadığını ifadə etdi.

Sammitin iştirakçıları birgə bəyannamə qəbul etdi.