A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Macarıstanda Hun-Türk Qurultayı keçirilib - Turk-PA.org
Friday, 07 October 2022, 20:40:09 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Macarıstanda Hun-Türk Qurultayı keçirilib

16.08.2016 10:25
2016-cı il 11 avqust tarixində görkəmli alim Andraş Biro Joltun rəhbərlik etdiyi Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən tayfa yığıncağı - Qurultay öz işinə başlayıb və avqustun 14-dək davam edəcək.


Tədbir ölkənin görkəmli türkoloqu və Macarıstan Milli Assambleyasının (Parlamentin) vitse-spikeri cənab Şandor Lejak tərəfindən Macarıstan parlamentinin binasında Qurultay iştirakçıları üçün təşkil olunmuş təntənəli ziyafətlə başlamışdır.

Möhtəşəm tədbirdə parlament üzvləri, müxtəlif qurumların nümayəndələri, rəsmilər, türkdilli ölkələr və icmalardan olan alim və rəssamlar, eləcə də digər ölkələrdən olan nümayəndələr iştirak edirlər.

Qurultayda TürkPA-nın adından iştirak edən Baş Katib Jandos Asanov cənab Şandor Lejak, cənab Andraş Biro Jolt və digər şəxslərlə görüşüb. Qurultay çərçivəsində Macarıstanın Bugac kəndində 3 gün davam edəcək müxtəlif tədbirlərin keçirilməsi gözlənilir. Qurultay macarlar və hun-türk xalqları arasında bir çox tarixi və mədəni bağları olan dostluq və qardaşlıq mühitində keçirilir. Qurultayın proqramına elmi-mədəni və köçəri idman tədbirləri də daxildir.