A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkiyə Respublikasında baş vermiş son hadisələrlə bağlı TürkPA Katibliyinin bəyanatı - Turk-PA.org
Friday, 07 October 2022, 19:17:26 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyə Respublikasında baş vermiş son hadisələrlə bağlı TürkPA Katibliyinin bəyanatı

19.07.2016 16:41
15 iyul 2016-cı ildə Türkiyə Respublikasında baş verən hadisələr dünya ictimaiyyətini ciddi şəkildə narahat edərək dəhşətə gətirdi. Türkiyə xalqı və dövləti bir qrup şəxs tərəfindən xalqın demokratik yolla seçdiyi lider və hökumətini devirmək məqsədilə törədilmiş hərbi çevriliş cəhdinə qarşı həmrəylik və birlik göstərdi.


Türkiyə Respublikasının müstəqilliyi və suverenliyini ələ keçirməyə çalışan qəsdçilər Türk xalqının iradəsi ilə qarşılaşdı. Xalqın seçdiyi demokratiya yolunun dövlət çevrilişi vasitəsilə dəyişdirməyə çalışmaq cəhdi qəbuledilməzdir.

TürkPA-nın qurucu parlamentlərindən olan Türkiyə Böyük Millət Məclisinin və onun üzvlərinin baş vermiş hadisələr zamanı hücuma məruz qalması Katibliyin narahatlığını daha da artırmışdır.

TürkPA Katibliyi baş vermiş bu cür hadisələri hər cəhətdən qınayır və Türk vətəndaşları, hüquq mühafizə orqanları əməkdaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırır və onların ailələrinə səbr və dözüm arzulayır.