A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Gəncə - zəngin tarixə malik gözəl şəhər - Turk-PA.org
Friday, 07 October 2022, 19:59:56 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Gəncə - zəngin tarixə malik gözəl şəhər

02.07.2016 14:04
“Gəncə Türk dünyasının ən mühüm şəhərlərindən biridir”, -deyə TürkPA Baş katibi Jandos Asanov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşdə bildirmişdir. J.Asanov Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırmışdır.


Gəncə az yaşamasına baxmayaraq, Türk və müsəlman dünyasında ilk respublika kimi qalıcı miras qoymuş Azərbaycan Demokratik Respublikasının paytaxtı olmuşdur. Hazırda, Azərbaycanın ən böyük ikinci şəhəri və ölkənin sənaye mərkəzlərindən biridir.

Cənab Elnur Rzayev şəhərin cari inkişafı, davam edən sosial və iqtisadi layihələr haqqında məlumat vermişdir. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin (Parlament) millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev görüşdə iştirak etmişdir.

1-2 iyul tarixlərində TürkPA Baş katibinin Gəncə və ətraf ərazilərə işgüzar səfəri davam etmişdir.