A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Beşinci Dünya Türk Forumu - Turk-PA.org
Friday, 07 October 2022, 22:49:06 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Beşinci Dünya Türk Forumu

03.06.2016 11:22
2016-cı il 1-3 iyun tarixlərində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) himayədarlığı ilə İstanbulda Beşinci Dünya Türk Forumu keçirilir. Forumda müxtəlif türk dövlətlərindən və digər ölkələrdən olan tanınmış alimlər, diplomatlar və ictimai xadimlər iştirak edir. TürkPA bu tədbirin tərəfdaşlarından biridir.


2 iyun tarixində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) sədri cənab Süleyman Şensoy və TürkPA Baş katibi cənab Jandos Asanov Forumun açılışında çıxış etmişdir.

J. Asanov öz çıxışında Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə yaranan TürkPA-nın Türkdilli ölkələr arasında olan əməkdaşlığın əsl parlament ölçüsünə çevrildiyini qeyd etmişdir. Auditoriyaya Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətləri haqqında qısa məlumat verən Baş katib TürkPA üzv dövlətlərindən Azərbaycan, Qazaxıstan və Qırğızıstanı müstəqilliklərinin 25-ci ildönümü münasibətilə təbrik etmişdir. Türk dövlətləri arasında mövcud əlaqələrin cari vəziyyətinə toxunan J. Asanov qarşılıqlı informasiya axını kanallarının genişləndirilməsi ilə asanlaşdırılacaq, türk xalqlarının bir-birilərinin dillərinin və cəmiyyətlərin öyrənilməsinin vacibliyinə diqqət çəkmişdir.

Türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə yönəlmiş səylərinə görə TürkPA Baş katibi Jandos Asanov TASAM-ın Qızıl Alma diplomu ilə təltif edilmişdir.

2 iyunda isə TürkPA Baş katibi tərəfindən Beşinci Dünya Türk Forumunun iştirakçılarının şərəfinə ziyafət verilmişdir.