A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkpa Baş Katibi cənab Ramil Həsənovun ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Xarici İşlər nazirinin xüsusi nümayəndəsi, İrlandiyanın ATƏT yanındakı daimi təmsilçisi səfir Eoin O’Leary ilə ikitərəfli görüşü keçirilmişdir. - Turk-PA.org
Friday, 07 October 2022, 19:57:29 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkpa Baş Katibi cənab Ramil Həsənovun ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Xarici İşlər nazirinin xüsusi nümayəndəsi, İrlandiyanın ATƏT yanındakı daimi təmsilçisi səfir Eoin O’Leary ilə ikitərəfli görüşü keçirilmişdir.

20.03.2012 12:04
23-24 fevral 2012-ci il tarixlərində Vyanada keçirilmiş ATƏT PA-nın 11-ci qış sessiyası çərçivəsində TÜRKPA Baş Katibi cənab Ramil Həsənov İrlandiyanın ATƏT yanındakı daimi təmsilçisi və hal-hazırda ATƏT-in Daimi Şurasının sədri, səfir Eoin O’Leary ilə görüşmüşdür.
Səfir Eoin O’Leary cənab Ramil Həsənova TÜRKPA-nın ATƏT-in fəaliyyətinə göstərmiş olduğu maraq üçün təşəkkürünü bildirmiş və ATƏT-in reqional hökumətlərarası və parlamentlərarası təşkilatlarla əməkdaşlığa önəm verdiyini vurğulamışdır. TÜRKPA-nın qurucu ölkələrinin eyni zamanda ATƏT-in üzvü olduğunu qeyd edən Cənab O’Leary, bu baxımdan ATƏT və TURKPA arasında münasibətlərin gücləndirilməsinin hər iki tərəf üçün xeyirli olduğunu söyləmişdir.
TÜRKPA Baş Katibi səfir O’Learyə parlament diplomatiyası vasitəsilə üzv dövlətlər arasında siyasi və iqtisadi dialoqun gücləndirilməsi istiqamətində TÜRKPA-nın həyata keçirdiyi fəaliyyət haqqında qısa məlumat vermişdir. Cənab Həsənov qeyd etmişdir ki, TURKPA-nın əsas vəzifələrindən biri reqionda və dünyada fəaliyyət göstərən milli parlamentlər və beynəlxalq institutlar arasında yeni əlaqələrin qurulması və ya mövcud əlaqələrin inkişaf etdirilməsidir. Bu baxımdan Türkdilli dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək məqsədilə ATƏT və onun institutları ilə əlaqələri gücləndirmək, ATƏT-in təcrübəsindən faydalanmaq TURKPA üçün çox vacibdir.
Cənab Həsənov qeyd etmişdir ki, TURKPA BMT-nin prinsip və məqsədlərinə sadiqdir. TURKPA-nın qurucu dövlətləri beynəlxalq əməkdaşlıq və demokratiyanın inkişafı istiqamətində parlament diplomatiyasını ənənəvi diplomatiyanın müasir vasitəsi hesab edirlər.
Eyni zamanda, Baş Katib hal-hazırda TÜRKPA-ya Qazaxıstanın sədrlik etdiyini və fəaliyyətdə olan sədrin Qazaxıstan Parlamenti Məclisinin sədri cənab Nurlan Niqmatulin olduğunu qeyd etmişdir.
Görüşün sonunda səfir Eoin O’Leary ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi kimi TURKPA Baş Katibi cənab Ramil Həsənovu ATƏT-in Daimi Şurasında Assambleyanın fəaliyyətləri haqqında ətraflı məlumat vermək və iki təşkilat arasında gələcək əmakdaşlığa dair fikir mübadiləsi aparmaq məqsədilə dəvət etmişdir. Qeyd edilən məsələ ilə bağlı 2012-ci ilin mart-aprel aylarında TÜRKPA nümayəndə heyətinin ATƏT-ə səfəri nəzərdə tutulur.
Görüşdə cənab Ramil Həsənovu TÜRKPA Baş Katibinin müavini cənab Mels Semqaliyev müşaiyət etmişdir.