A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TurkPA parlament üzvləri iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 12:34:47 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TurkPA parlament üzvləri iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmişdir

26.05.2016 15:04
TürkPA üzv parlamentlərinin iqtisadi inkişaf, maliyyə, kənd təsərrüfatı və iqtisadi fəaliyyətin digər növləri ilə məşğul olan komitə və komissiyalarının üzvləri, eləcə də Qazaxıstanın aparıcı araşdırma mərkəzlərinin nümayəndələri Astanada TürkPA-nın Fəaliyyətdə olan sədrliyi - Qazaxıstan Respublikası Parlamentinin Məclisi tərəfindən 25-26 may 2016-cı il tarixində keçirilən Astana İqtisadi Forumunun himayəsində təşkil edilən “Böyük İpək Yolunun Türkdilli ölkələr üçün rolu və perspektivləri” adlı konfransında toplanmışdır.


İştirakçıları salamlayan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədri cənab Maulen Aşimbayev dünyada hələ də davam edən iqtisadi və maliyyə böhranının təsirinin azaldılmasında TürkPA üzv ölkələrinin qarşılıqlı iqtisadi əlaqələrinin dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir.

Tədbirə Qazaxıstan Parlamenti Məclisinin üzvü cənab Serik Seydumanov başçılıq etmişdir. İştirakçılar üzv ölkələrdə transmilli layihələrin tamamlanmasının ardınca ölkələrin nəqliyyat və tranzit potensialını nəzərə alaraq uzunmüddətli fikir mübadiləsi aparmışdır.

TürkPA parlament üzvləri də Astana İqtisadi Forumunun bir sıra iclaslarında iştirak etmişdir.