A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının iclası keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 22:57:00 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının iclası keçirilmişdir

24.05.2016 18:16
24 may 2016-cı ildə Astanada Qazaxıstan Parlamenti Məclisinin ev sahibliyində TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının beşinci iclası baş tutmuşdur. Qırğızıstan Parlamentinin millət vəkili və komissiyanın sədri cənab Sadık Şer-Niyazın rəhbərlik etdiyi iclasda üzv ölkələrin millət vəkilləri, eləcə də Türk Şurası və TÜRKSOY-un nümayəndələri iştirak etmişdir.


İclasın gündəliyinin “Fəlakət və böhranın idarəedilməsində üzv ölkələr arasında əməkdaşlıq” adlı əsas mövzusuna dair müvafiq hesabat məruzəsi və tövsiyə qərarı Türkiyə Parlamentinin millət vəkili cənab Mustafa Bozkurt tərəfindən təqdim edilmişdir.

Millət vəkilləri təbii fəlakətlərin qarşısının alınması və bərpa prosesi üzrə üzv ölkələr arasında qarşılıqlı fəaliyyət məsələsi, qəza vəziyyətlərinin təsirinin azaldılmasında milli səviyyədə görülən tədbirlər və ölkələr arasında təcrübə mübadiləsinin qaydaya salınmasının vacibliyini qeyd edərək, bu mövzulara dair müzakirələr aparmışdır.

Komissiya üzvlərinə Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sədri cənab Vladimir Bekkerin təqdimatında məsələ ilə bağlı Qazaxıstanın milli siyasətinə dair məlumat verilmişdir.

İclas sədr cənab Sadık Şer-Niyazın rejissoru olduğu Qırğız tarixi filmi “Kurmanjan Datka”nın təqdimatı ilə sona çatmışdır.

Komissiyanın növbəti 6-cı iclası 2017-ci ildə Qırğızıstanda keçiriləcəkdir.