A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Astanada Böyük Çöl Birinci Sosial elmlər Forumu keçirildi - Turk-PA.org
Friday, 07 October 2022, 14:00:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Astanada Böyük Çöl Birinci Sosial elmlər Forumu keçirildi

24.05.2016 18:01
Astanada ilk dəfə olaraq Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Böyük Çöl Birinci Sosial elmlər Forumu baş tutmuşdur. Azərbaycan, Qırğızıstan, Türkiyə, Rusiya, Özbəkistan, Monqolustan, Koreya, ABŞ və digər ölkələr, eləcə də beynəlxalq təşkilatlardan olan görkəmli alimlər, rəsmilər və qonaqlar 23 mayda Nazarbayev Mərkəzində keçirilən mötəbər toplantıda iştirak etmişdir.

Tədbirin tərəfdaşı olaraq TürkPA Forumda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Sevinc Hüseynova və Cavanşir Feyziyev, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Sadık Şer-Niyaz və TürkPA-nın Baş katibi cənab Jandos Asanov ilə təmsil edilmişdir.

Əsas müzakirə iştirakçılarından olan cənab Cavanşir Feyziyev Türkdilli ölkələr arasındakı cari əməkdaşlıq və onun gələcək perspektivləri haqqında danışmış və 24 mayda Astanada Avrasiya Milli Universitetində “Türk dövlətləri Birliyi” adlı kitabını təqdim etmişdir.

Forum çərçivəsində Baş katib Jandos Asanov məşhur Qazax şairi və politoloqu Oljas Suleimenov, Türk Keneşi Ağsaqqallar Şurasının üzvü prof. Adil Əhmədov, Türk Akademiyasının Prezidenti Darxan Kıdırali, Türk Elmləri Akademiyasının Prezidenti Dr. Əhməd Acar və digər iştirakçılarla danışmışdır.