A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başladı - Turk-PA.org
Friday, 07 October 2022, 23:08:20 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başladı

27.04.2016 10:39
Baş katib Jandos Asanov 26 aprel 2016-cı il tarixində Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmişdir.


Forumda çıxış edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədəki multikulturalizm ənənələri haqqında danışmışdır. “Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Əsrlərdir ki, müxtəlif din və mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşamışdır” deyə prezident öz çıxışında qeyd etmişdir.

BMT-nin Baş katibi Pan Gi Munun videomüraciətindən sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo Forumun açılışında çıxış etmişdir.

Forum hökumət və dövlət başçıları, yüksək səviyyəli rəsmilər, parlamentarilər, siyasətçilər, ictimai xadimlər, aparıcı beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin 3000-dən artıq nümayəndələrini bir araya gətirmişdir.