A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Konyada Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə mövzusunda seminar keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:54:03 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Konyada Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə mövzusunda seminar keçirilmişdir

08.04.2016 10:59
7 aprel 2016-cı il tarixində Türkiyə Böyük Millət Məclisi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Konya şəhərində Türkdilli ölkələrdə səhralaşma ilə mübarizə mövzusunda seminar keçirilmişdir.


Seminar 2 aprel 2015-ci il tarixində TBMM-in evsahibliyində keçirilmiş TürkPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının 1-ci iclasında qəbul edilən İş Planına uyğun olaraq təşkil edilmişdir. Seminarın keçirilməsində əsas məqsəd Türkdilli ölkələr arasında səhralaşmaya qarşı mübarizəyə dair məlumatlılığın artırılması olmuşdur.

Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərindən olan ekspertlər, eləcə də Türkiyənin Meşə və Su işləri Nazirliyinin, eləcə də Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyinin, Konya Səlcuq Universiteti, Konya Torpaq, Su və Səhralaşma ilə mübarizə üzrə araşdırma institutunun nümayəndələri iştirak etmişdir.

İştirakçılar məsələyə dair qanunvericiliyin təkmilləşdiriliməsi məqsədilə əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac olduğunu vurğulanmışdır.

Seminarın birinci hissəsində iştirakçılar TürkPA üzv ölkələrində səhralaşma ilə bağlı cari vəziyyət ətrafında müzakirələr aparmış və mövzu ilə əlaqədar video təqdimatlar göstərmişdir. Seminarın ikinci hissəsində isə iştirakçılar TürkPA üzv ölkələrində kənd təsərrüfatı əraziləri də daxil olmaqla səhralaşmaya qarşı mübarizə fəaliyyətlərinə dair çıxış etmişdir.

Müzakirələrdən sonra iştirakçılar tərəfindən TürkPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının 19 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək 2-ci iclasında təqdim edilməsi üçün yekun hesabat qəbul edilmişdir.

8 aprel 2016-cı il tarixində toplantı iştirakçıları Konyadan 90 km məsafədə olan Karapınarda yerləşən Torpaq, Su və Səhralaşma ilə Mübarizə üzrə Araşdırma İnstitutunu ziyarət etmişlər. Ziyarət çərçivəsində İnstitutun müdiri cənab Durmuş Ali Çarkacı iştirakçılara səhralaşmaya qarşı görülən işlərlə bağlı video təqdimat göstərmişdir. Daha sonra Selçuk Universiteti əkinçilik fakültəsi tarla bitkiləri bölümünün müdir müavini Doç. Dr. Ramazan Acar eroziyaya məruz qalan otlaqlarda istifadə oluna biləcək kol bitkilərinə dair təqdimatla çıxış etmişdir.

Təqdimatlardan sonra iştirakçılar araşdırma sahəsini gəzmiş və səhralaşmaya qarşı görülən tədbirlərlə tanış olmuşlar. Ərazi ilə tanışlıq zamanı hər bir iştirakçı Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə üzrə ekspert toplantısı iştirakçıları üçün ayrılmış xüsusi yerdə ağac əkmişdir.