A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Nurlan Niqmatulin Qazaxıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri seçildi - Turk-PA.org
Friday, 07 October 2022, 20:06:41 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Nurlan Niqmatulin Qazaxıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri seçildi

22.06.2016 17:01
ASTANA. – 22 iyun 2016-cı il tarixində keçirilən Plenar İclasda bütün parlament fraksiyaları Məclisin (Aşağı Palata) Sədri vəzifəsinə cənab Nurlan Niqmatulinin namizədliyini dəstəkləmişdir.


Cənab Niqmatulin aşağı palatanın seçkilərdə iştirak edən bütün 102 üzvünün səsini qazanmışdır. "Dəstəyinizə görə təşəkkür edirəm. Bu, Dövlət Başçısı və Parlamentin bütün üzvləri qarşısında şərəf və məsuliyyətdir,” deyə Məclisin yeni Sədri qeyd etmişdir.

Xatırladaq ki, Məclisin Spikeri vəzifəsinə Nurlan Niqmatulinin namizədliyi Nur Otan partiyasının 21 iyunda keçirilən iclasında Prezident Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. Partiya fraksiyası onun namizədliyini yekdilliklə dəstəkləmişdir.

Cənab Niqmatulin 2012-ci ilin yanvarından 2014-cü ilin aprel ayına qədər Məclisin Sədri vəzifəsini icra etmişdir. Daha sonra o, 2015-ci ilin may ayında Prezident Administrasiyasının rəhbəri təyin edilmişdir.

Qazaxıstan Parlamenti Məclisinin yeni seçilmiş Sədri eyni zamanda TürkPA-nın Fəaliyyətdə olan Sədri vəzifəsini icra etməyə başlayır.

KAZİNFORM/TürkPA Katibliyi