A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TürkPA: Qazaxıstanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verir - Turk-PA.org
Friday, 07 October 2022, 12:51:12 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TürkPA: Qazaxıstanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verir

21.03.2016 12:20
“Qazaxıstan Respublikası parlamenti və yerli seçkili orqanlara keçirilən seçkilər Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq həyata keçirilmişdir.” Bu sözlərlə TürkPA Beynəlxalq müşahidəçi missiyasının başçısı və Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Haluk İpək 21 mart tarixində keçirilən yekun mətbuat konfransında çıxış etmişdir.


Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Müşahidəçi missiyası 20 mart 2016-cı il tarixində Qazaxıstan Respublikasında növbədənkənar parlament seçkilərinin, eləcə də yerli seçkili orqanlar-maslixatlara keçirilmiş seçkilərin qısamüddətli monitorinqini həyata keçirmişdir. Seçki günündə missiya üzvləri Astanada bir sıra səsvermə məntəqələrində olmuş və seçki bülletenlərinin hesablanma prosesini izləmişdir.