A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

İstanbulda AŞPA ilə birgə seminar keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:09:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

İstanbulda AŞPA ilə birgə seminar keçirilmişdir

28.03.2015 10:24
26-27 mart 2015-ci il tarixində İstanbulda Avropa Şurası Parlament Assambleyası TÜRKPA ilə birgə Türkiyə Böyük Millət Məclisinin evsahibliyində Seçkili Orqanlar: Fəaliyyət və Məsuliyyətin şəffaflığına dair seminar keçirmişdir.


Seminarın əsas məqsədi millət vəkillərinin maarifləndirilməsində seçkili nümayəndə təşkilatlarının səmərəli fəaliyyətinin artırılması olmuşdur. Seminarın birinci sessiyasında Baş Katib Jandos Asanov TÜRKPA-nın yaxşı idarəçiliklə bağlı fəaliyyətlərini qeyd etmişdir.

Seminar çərçivəsində Baş Katib AŞPA-nın Prosedur qaydaları, İmmunitetlər və İnstitusional işlər Komitəsinin Sədri, Türkiyə Parlamentinin üzvü cənab Haluk Koç, TURKPA Komissiyasının və Türkiyə Parlamentinin üzvü xanım Ülkər Gözəl, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan Parlamentinin Hüquq məsələləri Komitəsinin Sədri cənab Əli Hüseynli, AŞPA-nın Baş Katibi cənab Wojciech Sawicki ilə görüşmüş və onlara TÜRKPA adından suvenirlər təqdim etmişdir.