A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Baş Katib Macarıstana səfər etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 18:58:00 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş Katib Macarıstana səfər etmişdir

28.03.2015 23:21
TÜRKPA Baş Katibi Jandos Asanov 24-25 mart 2015-ci il tarixində Budapeşt şəhərində işgüzar səfərdə olmuş və Macarıstan Parlamentində bir sıra görüşlər keçirmişdir.



Martın 24-də Baş Katib Macarıstan Milli Assambleyasının vitse-spikeri cənab Sándor Lezsák ilə görüşmüşdür. Tərəflər Macarıstan Milli Assambleyası və TÜRKPA-nın müşahidə statusu çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Daha sonra Macarıstan Parlamenti Sədrinin Xarici Siyasət məsələləri üzrə müşaviri Dr. András Kelemen ilə keçirilən görüşdə də TÜRKPA və Macarıstan Parlamenti ilə əməkdaşlıq müzakirə edilmişdir.

Eyni gündə Baş Katib onun ziyarətinin şərəfinə Qazaxıstanın Macarıstandakı səfiri cənab Nurbak Rüstemovun verdiyi və Türkiyənin səfiri cənab Şakir Fakılı və Azərbaycanın səfiri cənab Vilayət Quliyevin də iştirak etdiyi şam yeməyində qonaq olmuşdur.

Martın 25-də isə cənab Asanov Macarıstan Milli Assambleyasının Baş Direktoru Dr. György Such və Macarıstan Xarici İşlər Nazirliyinin Dövlət Katibinin müavini Dr. Csaba Balogh ilə görüşmüşdür. Tərəflər Macarıstan və TÜRKPA üzv ölkələri arasında əlaqələri müzakirə etmişdir.

Səfərinin sonuncu günündə isə Baş Katib tanınmış türkoloq, mərhum Mandoki Konqur Istvanın həyat yoldaşı xanım Ongajsa Mandoki ilə Qazaxıstan səfirinin də iştirak etdiyi yeməkdə olmuşdur.