A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Aralıq Dənizi Bələdiyyələr Birliyi Katibliyi ziyarət etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:52:03 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Aralıq Dənizi Bələdiyyələr Birliyi Katibliyi ziyarət etmişdir

16.03.2015 12:10
10 mart 2015-ci il tarixində Aralıq Dənizi Bələdiyyələr Birliyinin və Kəpəz Antalya şəhər Bələdiyyəsinin Sədri cənab Hakan Tütüncünün başçılıq etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət etmiş və Katibliyin diplomatik heyəti ilə görüşmüşdür.


Görüş zamanı cənab Tütüncü Birliyin fəaliyyəti, vəzifə və məqsədləri barədə danışmışdır. Cənab Tütüncü Birliyin hər zaman TÜRKPA ilə birgə inkişaf etdiriləcək müxtəlif layihə və təşəbbüslərə dair təkliflərin müzakirəsinə hazır olduğunu vurğulamışdır. TÜRKPA Baş Katibinin müavini cənab Kürşad Sarıarslan qonaqlara TÜRKPA-nın məqsədləri və davam etməkdə olan fəaliyyətləri barədə qısa məlumat vermiş və həmçinin ADBB nümayəndə heyəti ilə TDBB ilə birgə əməkdaşlıq əlaqələrini nəzərə alaraq Bələdiyyə birliyi ilə həyata keçirilə biləcək birgə təşəbbüslərin əsas aspektlərini müzakirə etmişdir.