A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TDBB nümayəndə heyəti Katibliyi ziyarət etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 22:13:19 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TDBB nümayəndə heyəti Katibliyi ziyarət etmişdir

16.03.2015 10:57
Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət etmiş və Baş Katib Jandos Asanovla görüşmüşdür. Nümayəndə heyətini Ankaranın Keçiören Bələdiyyəsinin sədri cənab Mustafa Ak və Birliyin sədri cənab Fahri Solak təmsil etmişdir.


Görüş zamanı tərəflər Türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini müzakirə etmiş və Türk əməkdaşlığının genişləndirilməsi üçün müxtəlif sahə-yönümlü ekspertlərin hazırlanmasının vacibliyini xüsusilə vurğulamışdır.

Qonaqlar həmçinin cənab Asanovla TÜRKPA və TDBB arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair fikir mübadiləsi və bu çərçivədə TÜRKPA-nın cari Azərbaycan Sərdliyinin himayəsi altında birgə təşəbbüslərin həyata keçirilməsi haqqında danışıqlar aparmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin sədri cənab Mehdi Səlimzadə və Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev, eləcə də TÜRKPA Baş Katibinin müavinləri Altınbek Mamayusupov və Kürşad Melih Sarıarslan toplantıda iştirak etmişdir.