A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türk Şurası Gənc diplomatlarının təlim proqramı iştirakçıları Katibliyi ziyarət etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:59:20 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türk Şurası Gənc diplomatlarının təlim proqramı iştirakçıları Katibliyi ziyarət etmişdir

16.03.2015 10:22
2 mart 2015-ci il tarixində Türk Şurası Gənc diplomatlarının ikinci təlim proqramı Bakıda ADA Universitetində baş tutmuşdur. İki həftəlik proqramda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan 25 gənc diplomat, eləcə də TÜRKPA Katibliyinin əməkdaşları iştirak edirlər.


Proqram çərçivəsində iştirakçılar TÜRKPA Katibliyini ziyarət etmiş və Baş Katib Jandos Asanovla görüşmüşdür. Cənab Asanov iştirakçılara TÜRKPA, onun fəaliyyəti və gələcək planları haqqında qısa məlumat vermişdir və Assambleyanın fəaliyyətinin uzunmüddətli əsasda konseptuallaşdırılmasına ehtiyac olduğunu vurğulamışdır. Daha sonra iştirakçılar TÜRKPA-nın vəzifə və məqsədlərinin müxtəlif aspektlərinə dair suallar vermiş və Türk əməkdaşlığının perspektivləri haqqında fikir mübadiləsi aparmışdır.