A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Əhməd Yəsəvi Universiteti TÜRKPA ilə birgə seminar təşkil etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 22:47:45 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Əhməd Yəsəvi Universiteti TÜRKPA ilə birgə seminar təşkil etmişdir

03.03.2015 17:47
26 fevral 2015-ci il tarixində Beynəlxalq Qazax-Türk Əhməd Yəsəvi Universiteti TÜRKPA ilə birgə “Ədəbi tərcümənin əhəmiyyəti və vəzifələri” adlı seminar keçirmişdir. Seminar Universitetin binasında təşkil edilmişdir.


Universitetin prezidenti Vəlixan Abdibekovun sədrlik etdiyi toplantıda məruzəçilər cənab Aldan Smayıl, Qazaxıstan Parlamentinin və TÜRKPA-nın üzvü, cənab Jandos Asanov, TÜRKPA Baş Katibi, cənab Mustafa Nursoy, Universitetin Vitse-Prezidenti, cənab Qulbek Erqobek, tanınmış qazax akademiki və digər iştirakçılar müxtəlif mədəniyyət və cəmiyyətləri bir araya gətirən, elm, iqtisadiyyat və sosial həyatın bütün sahələrinin genişləndirən ədəbi tərcümənin əhəmiyyəti haqqında məlumat vermişdir.

Tədbirdə çıxış edən TÜRKPA Baş Katibi Qazax-Türk-Qazax lüğətlərinin və müvafiq tədris materiallarının olmaması, eləcə də kifayət qədər peşəkar tərcüməçilərin hazırlanmamasını xüsusilə vurğulamışdır. O həmçinin qeyd etmişdir ki, peşəkar tərcüməçi institutları olmadan hərtərəfli informasiya əldə etmək və Qazax informasiya danışıq məkanını gücləndirmək qeyri mümkündür.
Cənab Aldan Smayil bildirmişdir ki, Qazaxıstanda ədəbi tərcümə ümumilikdə önəmli məsələdir və təhsil müəssisələri bu məsələ ilə məşğul olmalıdır.
Bu kontekstdə Universitetin prezidenti Vəlixan Abdibekov iştirakçıları universitetin peşəkar tərcüməçilərin hazırlanmasına yönəlmiş gələcək planları haqqında məlumatlandırmışdır.