A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin TÜRKPA Baş Katibini qəbul etmişdir. - Turk-PA.org
Friday, 07 October 2022, 12:23:51 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin TÜRKPA Baş Katibini qəbul etmişdir.

26.03.2012 21:04
26 mart 2012-ci il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi Parlament Asambleyası Şurasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiya çərçivəsində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin TÜRKPA Baş Katibi cənab Ramil Həsənovu qəbul etmişdir.
Səmimi qəbula görə təşəkkür edən cənab Ramil Həsənov TÜRKPA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr, daimi komissiyaların iclasları və onların qəbul etmiş olduğu qərarlar, TÜRKPA-nın Bişkekdə keçirilməsi nəzərdə tutulan III Plenar Sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə qısa məlumat vermişdir.
TÜRKPA-nın əsas məqsədlərinin üzv ölkələr arasında parlament diplomatiyası vasitəsilə parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək, regionda və qlobal səviyyədə təhlükəsizlik, sülh və demokratiyanı gücləndirmək, bütün beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət əsasında hərtərəfli əməkdaşlığa dəstək vermək olduğunu qeyd edən Baş Katib, bu istiqamətdə təşkilatın fəaliyyətinin davam etdiyini bildirmişdir.
Eyni zamanda TÜRKPA Baş Katibi təşkilatın fəaliyyətinə göstərmiş olduğu dəstəyə görə TÜRKPA-nın yaradılmasının əsas təşəbbüskarı olan Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevə və həmçinin Qazaxıstan Respublikası Parlamentinin rəhbərliyinə dərin minnətdarlığını ifadə etmişdir.
Cənab Nurlan Niqmatulin TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiyini, təşkilatın Türkdilli dövlətlər arasında müxtəlif sahələrdə körpü rolunu oynadığını qeyd edərək, Katibliyin fəaliyyətini yüksək qiymətləndirmişdir. Eyni zamanda Qurumun işinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həm sədrlik etdiyi dövrdə, həm də gələcəkdə təşkilatın və Katibliyin fəaliyyətinə Qazaxıstan Parlamenti tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulamışdır.
Görüşün sonunda xatirə şəkili çəkilmişdir.