A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA ATƏT PA-nın Qış Sessiyasında iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:21:09 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA ATƏT PA-nın Qış Sessiyasında iştirak etmişdir

23.02.2015 15:46
TÜRKPA Baş Katibi Jandos Asanov 18-20 fevral 2015-ci il tarixində Vyanada keçirilən ATƏT PA-nın 14-cü Qış Sessiyasında qonaq qismində iştirak etmişdir.

Qış Sessiyasında əsas məsələlər kimi Ukrayna böhranı və münaqişənin həlli yollarında ATƏT PA-nın göstərdiyi səylərə dair parlament müzakirələri aparılmışdır.

Sessiyanın açılışında ATƏT-in Fəaliyyətdə olan Sədri və Serbiyanın Xarici İşlər Naziri İvica Dacic və ATƏT PA-nın prezidenti İlka Kanerva çıxış etmişdir.
Cənab Dacic Serbiya Sədrliyinin prioritetləri və ATƏT-in gündəliyinə daxil olan müxtəlif məsələlərlə bağlı parlamentarilərin suallarını cavablandırmışdır.

Sessiya çərçivəsində Baş Katib Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətləri ilə görüşmüş və ATƏT PA çərçivəsində 6-10 iyul 2015-ci ildə Helsinkidə keçiriləcək ATƏT PA-nın 24-cü İllik Sessiyasında birgə fəaliyyət də daxil olmaqla, üzv ölkələr arasında qarşılıqlı əlaqələrin əsas istiqamətlərini müzakirə etmişdir.