A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Sədri TÜRKPA-nı ziyarət etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:47:49 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Sədri TÜRKPA-nı ziyarət etmişdir

26.12.2014 18:04
Birlik İdarə heyətinin başçısı və Türkiyə Magistral yollarının Baş Direktoru Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət etmişdir. 23 dekabr 2014-cü il tarixində TÜRKPA Baş Katibi Jandos Asanov tərəfindən qəbul edilən heyət gələcəkdə Azərbaycanda keçirilməsi planlaşdırılan Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı haqqında məlumat vermişdir.


Bakıda olduqlarından məmnunluq hissi duyduğunu qeyd edən TDMMB Baş Katibi İlyas Demirci gələn ildən etibarən Qurultay hazırlıqlarına başlayacaqlarını və bu çərçivədə Layihə olimpiadalarının keçirilməsinin planlaşdırıldığı bildirmişdir.

Tərəflər həmçinin cari ildə TDMMB-nin TÜRKPA heyətinin iştirakı ilə Bişkek şəhərində keçirilmiş son Qurultayına dair fikir mübadiləsi aparmışdılar.

Katibliyin ziyarətindən sonra Milli Məclisin binasını gəzən heyət Məclis binasının memarlıq və daxili dizaynının gözəlliyindən məmnun olduğunu bildirmişdir.