A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Bakıda TÜRKSOY üzv ölkələrinin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclası keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:19:02 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda TÜRKSOY üzv ölkələrinin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclası keçirilmişdir

22.12.2014 10:01
UNESCO üzrə Azərbaycan Milli Komissiyalarının yaranmasının 20-ci ildönümü münasibətilə TÜRKSOY üzv ölkələrinin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclası Azərbaycan paytaxtının evsahibliyində keçirilmişdir.


UNESCO çərçivəsində Türkdilli ölkələrin əməkdaşlığı, UNESCO-nun müvafiq siyahılarına birgə nominasiyaların daxil edilməsinə dair xüsusi fəaliyyəti və bu mövzuda Türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi kimi məsələlər toplantının gündəliyinə daxil olmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər, Turizm və Mədəniyyət, Təhsil, Rabitə və Yüksək Texnologiyalar Nazirləri və Azərbaycan Respublikasının digər vəzifəli şəxsləri, eləcə də TÜRKPA Baş Katibi J. Asanov, TÜRKSOY Baş Katibi D. Kaseynov, Türk Akademiyasının prezidenti D. Kıdırali və Türk Şurası Baş Katibinin müavini A. Saparbekuli iştirak etmişdir.

Tədbirdə çıxış edən cənab Asanov iştirakçıları Assambleya çərçivəsində üzv ölkələr arasında mədəni və humanitar əməkdaşlıq və TÜRKPA-nın cari Azərbaycan Sədrliyinin fəaliyyəti barədə məlumatlandırmışdır.



TÜRKPA Baş Katibinin çıxışı