A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÜRKKON) Baş Katibi Səfir, cənab Halil Akıncını qəbul etmişdir. - Turk-PA.org
Friday, 07 October 2022, 19:07:41 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÜRKKON) Baş Katibi Səfir, cənab Halil Akıncını qəbul etmişdir.

18.04.2012 18:37
18 aprel 2012-ci il tarixində TÜRKPA Baş Katibi cənab Ramil Həsənov TÜRKKON Baş Katibi Səfir, cənab Halil Akıncını qəbul etmişdir.

Qonağı salamlayan Baş Katib TÜRKPA ilə TÜRKKON arasında münasibətlərin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğulamışdır.
Eyni zamanda Baş Katib 14-16 iyun 2012-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKPA-nın Asambleya Şurasının III iclası və III Plenar Sessiyasının keçirilməsi ilə bağlı məlumat vermişdir. 2011-ci ildə TÜRKPA-nın dörd daimi komissiyasının yaradılması, ilk iclaslarının keçirilməsi, hesabat və tövsiyə qərarlarının III Plenar Sessiya zamanı Asambleyaya təqdim edilməsi üçün hazır olduğu bildirilmişdir.
Səmimi qəbula görə təşəkkür edən cənab Halil Akıncı TÜRKPA-nın Türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsinə tövhə verdiyini ifadə etmiş və təşkilatlar arasında iqtisadi, ticarət, humanitar, mədəniyyət və təhsil sahələrində ortaq layihələrin mövcudluğunu vurğulamışdır.
Qərara alınmışdır ki, bundan sonra TÜRKPA daimi komissiyalarının iclaslarında və TÜRKKON daimi komitələrinin toplantılarında qarşılıqlı olaraq hər iki təşkilatın nümayəndələri iştirak etsinlər.
Həmçinin eyni məqsədə xidmət edən TÜRKPA və TÜRKKON arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanması haqqında ilkin razılıq əldə edilmişdir.
Görüşdə TÜRKKON Baş Katibinin müavini cənab Qismət Gözəlov və TÜRKPA Baş Katibinin müavini cənab Kürşad Melih Sarıarslan iştirak etmişdir.
Sonda cənab Halil Akıncı şərəf dəftərinə ürək sözlərini yazmış və xatirə şəkili çəkilmişdir.