A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türk Şurasında Koordinasiya toplantısı keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:14:30 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türk Şurasında Koordinasiya toplantısı keçirilmişdir

26.11.2014 10:14
24 noyabr 2014-cü il tarixində İstanbulda, Türk Şurasının himayədarlığı ilə TÜRKPA, TÜRKSOY və Türk Akademiyasının birinci Koordinasiya toplantısı keçirilmişdir. Toplantıda TÜRKPA Baş Katibi Jandos Asanov, TÜRSOY-un Baş Katibi Düsen Kaseynov, eləcə də Türk Akademiyasının Prezidenti Darxan Kıdırali və Dünya Türk Gəncləri Liqasının Prezidenti Əkrəm Abdullayev iştirak etmişdir.


Türk Şurasının fəaliyyətləri barədə məlumat verən Baş Katib Ramil Həsənov təşkilatlar arasında səmərəli əməkdaşlığın qurulmasında belə koordinasiya toplantılarının keçirilməsinin vacibliyini vurğulamışdır.

Cənab Asanov iştirakçıları Parlament Assambleyasının fəaliyyəti barədə məlumatlandırmış və TÜRKPA çərçivəsində üzv ölkələr arasında cari əməkdaşlıq istiqamətlərinə diqqət çəkmişdir.

Tərəflər təşkilatlar arasında koordinasiya və qarşılıqlı əlaqələri inkişaf etdirəcək birgə fəaliyyət planının hazırlanması, birgə toplantı və konfransların təşkil edilməsi, qarşılıqlı əlaqələr zəminində təmas nöqtələrinin təyin edilməsi, qarşıdakı fəaliyyətlərə dair tərəflər arasında əhatəli informasiya mübadiləsinin təmin edilməsi, zirvə görüşlərindən başqa digər toplantılarda müvafiq səviyyədə tərəflərin daxili iştirakının təmin edilməsi kimi məsələlər barədə razılığa gəlmişdir.

Növbəti Koordinasiya toplantısının 18-19 may 2015-ci ildə Türk Akademiyasının evsahibliyində, Astanada keçirilməsi razılaşdırılmışdır.