A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Sosial siyasət komitələrinin ikinci toplantısı Milli Məclisin evsahibliyində keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:02:02 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Sosial siyasət komitələrinin ikinci toplantısı Milli Məclisin evsahibliyində keçirilmişdir

21.11.2014 23:47
21 noyabr 2014-cü il tarixində Bakıda TÜRKPA-nın Azərbaycan Sədrliyinin himayəsində TÜRKPA üzv ölkələrinin sosial siyasət və səhiyyə üzrə məsul Komitələrinin ikinci birgə toplantısı keçirilmişdir. Toplantıya Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsinin Sədri cənab Hadı Rəcəbli rəhbərlik etmişdir. Toplantı TÜRKPA üzv ölkələrinin miqrasiya problemləri və imkanlarına həsr olunmuş və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Ofisinin dəstəyi ilə təşkil edilmişdir.


Toplantıda Azərbaycan, Qazaxıstan və Türkiyə nümayəndə heyəti, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı Qərargahının və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin təmsilçiləri iştirak etmişdir.

İştirakçıları salamlayan cənab Rəcəbli bugünki toplatının 21 noyabr 2008-ci il TÜRKPA-nın ildönümü ilə eyni günə təsadüf etdiyinə diqqət çəkmiş və bu təsadüfün Assambleyanın fəaliyyətinin altıncı ilində TÜRKPA çərçivəsində ölkələr arasında əməkdaşlığın daimi inkişafı ilə simvolizə edildiyini bildirmişdir. O, miqrasiyanın Azərbaycan və digər üzv ölkələr üçün əsas məsələ olduğuna görə toplantının əhəmiyyətini vurğulamışdır.

Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Sağlamlıq, Ailə, Əmək və Sosial məsələlər Komitəsinin Sədri cənab Necdet Ünüvar komitələrin birinci birgə toplantısının Türkiyə Parlamentinin təşəbbüsü ilə 8 aprel 2014-cü il tarixində keçirildiyini xatırlatmışdır. O birinci toplantının təqdimat gündəliyinin olduğunu və dörd ölkənin parlamentindən olan komitə üzvləri üzv ölkələr arsında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə yanaşı milli sosial siayasətlər üzrə təcrübələrinin bölüşdürmək imkanı olduğunu da qeyd etmişdir. Cənab Ünüvar ikinci toplantının da üzv ölkələrin miqrasiya siyasətləri üzrə ölkələr arasında geniş informasiya mübadiləsinə və qarşılıqlı fəaliyyətin inkişafına tövfə verəcəyini əlavə etmişdir.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sosial və Humanitar məsələlər Komitəsinin üzvü cənab Kamal Burhanov miqrasiyanın bütün üzv ölkələrdə meydana çıxan mədəni, sosial, iqtisadi və digər müxtəlif ölçülərinin həm müsbət, həm də mənfi nəticələrinə diqqət çəkmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Şöbəsinin Direktoru xanım Jil Helke iştirkaçıları Beynəlxalq Miqrasiya Təşkilatı və Türkdilli ölkələr arasında yaradılmış əməkdaşlıq mexanizminə dair məlumatlandırmışdır. O bütün TÜRKPA üzv ölkələrinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə mükəmməl əlaqələrinin olduğunu və gələcəkdə TÜRKPA-nın Beynəlxalq Miqrasiya Təşkilatında müşahidəçi statusu almasının perspektivlərinin nəzərdən keçirilə biləcəyini bidirmişdir ki, bu da BMT-nin məlumat bazasına tam girişi təmin edəcək.

Beynəlxalq Miqrasiya Təşkiatının Bakı Ofisinin rəhbəri cənab Serhan Aktoprak iştirakçılara BMT-nin Türkdilli ölkələrdə həyata keçirilən layihələri haqqında məlumat vermiş və təşkilat və üzv ölkələr arasında əməkdaşlığın prioritetlərini qeyd etmişdir.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Sədr müavini cənab Pərviz Musayev iştirakçıları ölkədə milli miqrasiya siyasətində son inkişaf fəaliyyəti barədə məlumatlandırmışdır. O, Azərbaycanın sabiq prezidenti və ümummilli lideri Heydər Əliyev və onun davamçısı İlham Əliyevin dərin siyasi nəticəsi olaraq, Azərbaycanda böyük işlər görüldüyünü və miqrasiya sahəsində tənzimləyici və institusional çərçivənin təkmilləşdirildiyini vurğulamışdır.

Parlamentarilər milli qanunvericilik və miqrasiya sahəsində üzv parlamentlər arasında əməkdaşlıq perspektivləri və son meyllərə dair informasiya mübadiləsi aparmışdır.

Toplantı çərçivəsində iştirakçılar TÜRKPA-nın Fəaliyyətdə olan Sədri və Azərbaycan Respublikası Milli Məclisin Sədri cənab Oqtay Əsədov və Sədrin Birinci müavini cənab Ziyafət Əsgərov tərəfindən qəbul edilmişdir.

Toplantı üzv ölkələrin miqrasiya problemləri və imkanlarına dair yekun qərarın qəbul edilməsi ilə başa çatmışdır.

Sosial Siyasət Komitələrin üçüncü birgə toplantısının 2015-ci ildə TÜRKPA-nın Qazaxıstan evsahibliyində keçirilməsi təklif edilmişdir.




Yekun qərarlar