A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibinin Müavini GUAM-ın Sessiyasında iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:19:03 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibinin Müavini GUAM-ın Sessiyasında iştirak etmişdir

17.11.2014 10:35
TÜRKPA Baş Katibinin Müavini Altınbek Mamayusupov 10-11 noyabr 2014-cü il tarixində Moldova Respublikasının Kişinyov şəhərində GUAM Parlament Assambleyasının 7-ci Sessiyasında qonaq qismində iştirak etmişdir.



GUAM məkanında geosiyasi mühitin transformasiyası, GUAM üzv ölkələrinin Avroatlantik məkana inteqrasiyası və sektorlar üzrə əməkdaşlığının perspektivləri Sessiya gündəliyinin əsas mövzuları olmuşdur.

Sessiyanın ikinci Assambleyasında Baş Katibin Müavini TÜRKPA-nın məqsəd, fəaliyyət və inkişafı barədə iştirakçıları qısaca məlumatlandırmışdır.

Assambleyada Milli Məclisin Təbii Ehtiyatlar, Enerji və Ekologiya üzrə Daimi Komissiyasının Sədr müavininin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti və Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin başçısı cənab Elton Məmmədov iştirak etmişdir.

Növbəti gün Baş Katibin müavini GUAM-ın Baş Katibi Valeri Çeçelaşvili QDİƏT Baş Katibinin müavini Hasan Baytekin və Azərbaycan nümayəndə heyətinin üzvləri ilə qeyri-rəsmi görüşlər keçirmişdir.