A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkdilli ölkələrin və icmaların Dördüncü Media Forumu keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:11:41 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkdilli ölkələrin və icmaların Dördüncü Media Forumu keçirilmişdir

19.11.2014 12:50
TÜRKPA Baş Katibinin müavini Kürşad Melih Sarıarslan 15-17 noyabr 2014-cü il tarixində Şimali Kipr Türk Respublikasının Girne şəhərində keçirilmiş Türkdilli ölkələrin və icmaların Dördüncü Media Forumunda iştirak etmişdir. Tədbir Türkiyə Respublikasının Baş Mətbuat və İnformasiya Müdirliyinin himayəsində təşkil edilmişdir.


Forumda Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Cemil Çiçək və Baş Nazirin müavini Bülent Arınc iştirak etmişdir. Forumun açılış mərasimində çıxış edən C. Çiçək Türkdilli ölkələr arasında institutlaşdırılmış çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulamış və Türkdilli ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə öz tövhəsini verən kütləvi informasiya vasitələrinin ölkələr arasında informasiya axınının maneəsiz şəkildə təmin olunmasında rolunu xüsusilə qeyd etmişdir.

Forumda həmçinin Türkdilli ölkələr və icmalardan olan qeyri-hökumət təşkilatlarının nümayəndələri, akademiklər və siyasətçilər də iştirak etmişdir.