A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Avrasiya Sosial Elmlər Forumunda iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:03:49 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Avrasiya Sosial Elmlər Forumunda iştirak etmişdir

19.11.2014 12:44
Xoca Əhməd Yəsəvi Avrasiya Sosial Tədqiqatlar İnstitunun təşkil etdiyi Üçüncü Avrasiya Sosial Elmlər Forumu 15-16 noyabr 2014-cü il tarixində Qazaxıstanın Almatı şəhərində baş tutmuşdur. Forumda TÜRKPA Katibliyinin hüquqi ekspertiza və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Anar Rəhimov təmsil etmişdir.


Avrasiya regionunda inteqrasiya prosesləri ilə bağlı məsələlər Forumun əsas müzakirə edilən məsələlərindən olmuşdur. Forumda dəvətli olaraq çıxış edən Anar Rəhimov iştirakçılara Assambleyanın fəaliyyətləri, gələcək vəzifə və məqsədləri barədə məlumat vermişdir. A. Rəhimov Türk əməkdaşlığının parlament ölçüsü olaraq TÜRKPA-nın əsas missiyasının Türk Şurasının bütün layihə və təşəbbüslərinin hüquqi bazasının təmin edilməsi olduğunu vurğulamışdır.
TÜRKPA nümayəndəsi Türkdilli ölkələrin Avrasiya regionunda rolu, eləcə də uzunmüddətli sülh və sabitlik üçün onların institusionallaşdırılmış çoxtərəfli əməkdaşlığa tövhəsini qeyd etmişdir.

Türk Şurasının müşaviri səfir Halil Akıncı və Türk Akademiyasının prezidenti Darxan Kıdırali də Forumda iştirak etmişdir.


Speech at the Third Social Science Forum