A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Bakı – Bişkek hava yolu açıldı - Turk-PA.org
Friday, 07 October 2022, 23:45:33 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakı – Bişkek hava yolu açıldı

04.11.2014 18:15
26 oktyabr 2014-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı – Bişkek marşrutu istiqamətində ilk uçuşu yerinə yetirilmişdir. Nazirliklər və idarələr, işgüzar dairələr və media nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Manas Beynəlxalq hava limanında Qırğızıstan Baş Nazirinin müavini Tayirbek Sarpaşev, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Qırğızıstandakı Azərbaycan diasporunun üzvləri tərəfindən qarşılanmışdır.


Mərasimdə çıxış edən Qırğızıstan Baş Nazirinin müavini Tayirbek Sarpaşev, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Heydərov bu hava marşrutunun əhəmiyyətini vurğulamışdır. Cənab Sarpaşev iki dost ölkənin paytaxtları arasında birbaşa uçuşların həyata keçirilməsinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müsbət addım olduğunu xüsusilə qeyd etmişdir. Cənab Hidayət Orucov bildirmişdir ki, hava yolu Prezident İlham Əliyevin şəxsi təlimatı əsasında açılmışdır.

Uçuşlar çərşənbə axşamı və bazar günləri olmaqla həftədə iki dəfə A 320 təyyarəsi ilə həyata keçiriləcəkdir.