A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Tehrana səfər etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:39:18 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi Tehrana səfər etmişdir

23.10.2014 12:09
22-23 oktyabr 2014-cü il tarixlərində TÜRKPA Baş Katibi Jandos Asanov İrana, Tehrana işgüzar səfər etmişdir. Səfər çərçivəsində Baş Katibin İran İslam Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Qərargahı və İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) bir sıra görüşləri olmuşdur.


İran İslam Parlamenti Beynəlxalq Əlaqələr Komitəsinin Sədri cənab Aladin Boroujerdi ilə görüş ərzində tərəflər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində TÜRKPA və İran parlamenti arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Tərəflər artmaqda olan beynəlxalq terrorizmlə bağlı narahatlığını bildirmiş və terrorizm ideologiyasına qarşı birgə müqavimət göstərməyin əhəmiyyətini vurğulamışdır.

22 oktyabr tarixində Baş Katib səfir Əli Əsgər Məhəmməd Sicani, Baş Katibin Köməkçisi və İƏT Pİ Katibliyinin heyəti ilə görüşdüyü İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Qərargahına tanışlıq səfəri etmişdir. Səfir Baş Katibi təşkilatın struktur və fəaliyyəti haqqında qısa olaraq məlumatlandırmışdır. Tərəflər həmçinin 2011-ci ildə iki təşkilat arasında qarşılıqlı əsasda əldə edilmiş müşahidəçi statusu çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparmışdır. Bununla əlaqədar İƏT Pİ Katibliyi TÜRKPA Katibliyinin əməkdaşları üçün İƏT Pİ Katibliyinə təlim səfərlərinin təşkil edilməsinə razılığını bildirmişdir.

Eyni gündə Baş Katib İqtisadi Əməkdaşlıq Təşkilatının Qərargahına nəzakət ziyarəti etmiş və təşkilatın Baş Katibi cənab Şamil Ələsgərovla görüşmüşdür. Tərəflər regional əməkdaşlığın inkişafı və onun gələcək hədəfləri sahəsində atılan addımlara dair fikir mübadiləsi aparmışdır.