A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Parlamentlərarası İttifaqın 131-ci Assambleyasında iştirak etmişdir - Turk-PA.org
Saturday, 08 October 2022, 00:12:27 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi Parlamentlərarası İttifaqın 131-ci Assambleyasında iştirak etmişdir

17.10.2014 09:19
TÜRKPA Baş Katibi cənab Jandos Asanov 13-16 oktyabr 2014-cü il tarixlərində Parlamentlərarası İttifaqın (PAİ) Cenevrədə keçirilən 131-ci Assambleyası və əlaqədar toplantılarda iştirak etmişdir.


“Gender bərabərliyinin əldə olunması və qadınlara qarşı zorakılığa son qoyulması” Assambleyanın əsas mövzusu olmuşdur.

Assambleyada TÜRKPA üzv ölkələrindən Qazaxıstan və Türkiyədən Qazaxıstan Parlamenti Məclisinin İqtisadi İslahatlar və Regional İnkişaf komitəsinin Sədri Seitsultan Aimbetovun başçılıq etdiyi nümayəndə heyəti və Qrupun Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü xanım Fazilet Dağcı Çığlık iştirak etmişdir.

14 oktyabr tarixində cənab Asanov Parlamentlərarası İttifaqın Baş Katibi cənab Martin Çunqonq ilə ikitərəfli görüş keçirmişdir. PAİ-nin Baş Katibi regional parlamentlərarası əməkdaşlığa olduqca önəm verdiyini və bu kontekstdə PAİ-nin parlamentlərarası dialoq üçün bir platforma olduğunu vurğulamışdır. Tərəflər həmçinin TÜRKPA Katibliyinin əməkdaşları üçün PAİ-nin qərargahına səfər etmək də daxil olmaqla, iki təşkilat arasında əməkdaşlıq aspektlərini müzakirə etmişdir.

TÜRKPA PAİ-də 2010-cu ildə müşahidəçi statusu əldə etmişdir.