A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi görkəmli macar turkoloqunun xatirəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:31:36 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi görkəmli macar turkoloqunun xatirəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir

26.09.2014 16:26
TÜRKPA Baş Katibi Jandos Asanov 25 sentyabr 2014-cü il tarixində Astanada keçirilmiş “Mandoki Konqur İstvan irsi: Böyük Çöldə nəsillərin dialoqu” adlı beynəlxalq konfransda iştirak etmişdir. Konfrans görkəmli macar türkoloqu Mandoki Konqur İstvanın 70-ci ildönümü münasibətilə Türk Akademiyası tərəfindən təşkil edilmişdir.


Konfrans Mandoki Konqur İstvanın 16 min kitabdan ibarət şəxsi kitabxanasının Türk Akademiyasına təhvil verilmə mərasimi ilə başlamışdır. Görkəmli qazax yazıçısı Abish Kekilbayev və Mandoki Konqurun həyat yoldaşı Ayişə xanım açılış lentini kəsməklə rəsmi olaraq kitabxananın açılışını etmişdir.

TÜRKPA Baş Katibi öz çıxışında Mandoki Konqurun elmi irsinin öyrənilməsinin Türk dünyası haqqında biliklərin inkişafında, həmçinin türkdilli millətlər arasında əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyətini vurğulamışdır. Həmçinin cənab Asanov iştirakçıları TÜRKPA-nın təhsil, elm və mədəniyyət sahəsində fəaliyyəti barədə məlumatlandırmışdır. Baş Katib Türkdilli ölkələr arasında daha çox informasiya axınına nail olmaq üçün təcrübəli tərcüməçilərin hazırlanmasının əhəmiyyətini xüsusilə qeyd etmişdir.

Konfrans çərçivəsində cənab Asanov Türk Akademiyasının prezidenti və TÜRKSOY-un Baş katibi, görkəmli alimlər və Macarıstan Parlamentinin vitse-spikerinin müşaviri cənab Sandor Doroqi ilə söhbət etmişdir. Cənab Asanov cənab Doroqi ilə TÜRKPA və yeni olaraq TÜRKPA-da müşahidəçi statusu əldə etmiş Macarıstan Parlamenti arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdir.