A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Bakıda hüquqi ekspertlərin toplantısı keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:25:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda hüquqi ekspertlərin toplantısı keçirilmişdir

19.09.2014 18:13
19 sentyabr 2014-cü il tarixində Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının hüquqi bazasının təkmilləşdirilməsinə dair birinci toplantısı keçirilmişdir. Üzv ölkələrin ekspertləri TÜRKPA-nın hüquqi bazasının cari vəziyyəti barədə fikir mübadiləsi və məsləhətləşmələr aparmışdır.


Tərəflər Assambleyanın statusunun və qanunla müəyyən edilmiş sənədlərin təkmilləşdirilməsi yollarını müzakirə etmişdir. Milli ekspertlər Türk əməkdaşlığının dövlətlərarası səviyyədə institutlaşmasına əsaslanan təməl sənəd olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dair əlavələrlə bağlı təkliflərin nəzərdən keçirməsi, həmçinin TÜRKPA Katibliyinin yeni Maliyyə Qaydalarının hazırlanması və Əsasnaməyə dəyişikliklərin həyata keçirilməsinə dair işlərin başlanmasını razılaşdırmışdır.

Toplantı üzv parlamentlər tərəfindən təsdiq olunması üçün təqdim olunacaq təkliflərin qəbul edilməsi ilə yekunlaşmışdır.