A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA nümayəndə heyəti Dünya Köçəri Oyunlarında iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:24:26 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Dünya Köçəri Oyunlarında iştirak etmişdir

18.09.2014 11:36
TÜRKPA Baş Katibinin müavini Altınbek Mamayusupov Qırğızıstanda, Çolpan-Ata şəhərində baş tutan 1-ci Dünya Köçəri Oyunlarında iştirak etmişdir.


Açılış mərasimində Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev Qırğızıstanda ilk dəfə tamamilə yeni formatda keçirilən 1-ci Dünya Köçəri Oyunlarının bənzərsiz layihə olduğunu və bu oyunların tamaşaçıların yaddaşında önəmli hadisə olaraq qalacağını vurğulamışdır. Prezident Atambayev 2012-ci ildə Bişkekdə Türk Şurası zirvə toplantısı çərçivəsində köçəri oyunların keçirilməsi ideyasını dəstəkləyən Azərbaycan, Qazaxıstan və Türkiyə prezidentlərinə dərin təşəkkürünü bildirmişdir.

İdmançılara uğurlar arzulayan prezident xatırlatmışdır ki, onlar Attila, Oğuz xaqan, Çingiz xan, Manas və Babur kimi köçərilərin törəmələridir.

At belində keçi cəmdəyi ilə oynanılan “Kok Boru”, “Kazakşa Qures (güləş), “Qırğız Quroş (güləş), Aliş və Odariş;”, “At-çabısh,” “Jorqo-salış,” “Kunayn çabış;” və Qırğız milli oyunu “Kız-Kuumay” - at belində qızları qovma kimi müxtəlif at yarışları Birinci Dünya Köçəri oyunlarında oynanılmışdır. Azərbaycan, Avstriya, Belarusiya, Almaniya, Qazaxıstan, Litva, Monqolustan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İsveç, Cənubi Koreya, Rusiya Federasiyası, Macarıstan və Cənubi Afrika kimi ölkələrdən 350-dən artıq idmançı yarışda iştirak etmişdir.

Birinci Dünya Köçəri Oyunları bir həftə davam etməklə 13-14 sentyabrda şənbə və bazar günlərində final yarışmaları ilə sona çatmışdır. Köçəri oyunların keçirilməsi çoxəsrlik köçəri idman növlərinin bərpasını şübhəsiz asanlaşdıracaqdır.