A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

"TBMM 90 il "Parlament diplomatiyası -TÜRKPA"adlı beynəlxalq konfrans - Turk-PA.org
Friday, 07 October 2022, 19:29:20 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

"TBMM 90 il "Parlament diplomatiyası -TÜRKPA"adlı beynəlxalq konfrans

17.04.2012 13:09

Mayın 24-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA)mənzil-qərargahının açılışı oldu.Açılış mərasimində Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov , Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Nevzat Paktil, Qazaxıstan parlamentinin xarici əlaqələr , müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Amzebek Jolşıbekov və digər rəsmi şəxslər iştirak etmişdirlər.Qonaqlar TÜRKPA -nın ofisi ilə tanış olmuş, katibliyin əməkdaşlarına fəaliyyətlərində uğurlar arzuladılar.
Həmin gün TÜRKPA-nın mənzil-qərargahının açılışından sonra Milli Məclisdəkeçirildi. Konfransı açan TÜRKPA-nın baş katibi Ramil Həsənov qonaqları salamlayaraq bildirdi ki, qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir. Təşkilat yarandığı gündən bəri artıq bir sıra mühüm tədbirlər keçirmişdir. Ramil Həsənov yaxın zamanlarda digər türkdilli ölkələrin parlamentlərinin də TÜRKPA-ya üzv olacaqlarına ümidvar olduğunu bildirdi.

Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qonaqları Milli Məclisin Sədri və öz adından təbrik etdi, konfransın əhəmiyyətindən danışdı. Ziyafət Əsgərov bildirdi ki, TÜRKPA quruma özv ölkələr arasında siyasi, iqtisadi, mədəni sahədə əlaqələrin daha da güclənməsinə təkan verəcək: "Belə əməkdaşlığın türkdilli ölkələr arasında viza rejiminin ləğv olunması ilə nəticələnəcəyinə ümüd edirik. Bununla da bizim xəyallarımızda tutduğumuz türk dünyası yaranacaq. Bu ölkələr bir-birilərinin problemlərinin həllinə yardım edəcəkdir".

TBMM Sədrinin müavini Nevzat Paktil çıxışında belə bir tədbirin təşkilinə görə TÜRKPA-nın fəaliyyətdə olan sədrinə- Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlıq etdi. O dedi ki, türkdilli ölkələr arasında birliyin, ortaq mədəniyyətin, iqtisadi, siyasi əlaqələrin inkişafında mühüm rol oynayan TÜRKPA artıq beynəlxalq aləmdə nüfüz qazana bilmiş, sıx əməkdaşlıq edərək bir sıra uğurlarına imza atmışdır.

Sonra Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov, TBMM -in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, Qazaxıstan parlamentinin deputatı Kılışbay Bisenov, AŞPA -dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, TBMM -in Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏTPA ) nümayəndə heyətinin rəhbəri Kəmaləddin Göktaş, QDİƏTPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, TBMM -in ATƏT PA -dakı nümayəndə heyətinin rəhbəri Alaattin Böyükkaya, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel, Milli Məclisinin deputatları Asim Mollalazadə, Qənirə Paşayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar. Çıxışlarda birgə ortaq tarix, mədəniyyət və ədəbiyyat dərslikilərinin hazırlanması, diaspor təşkilatlarının birləşməsi, ortaq türk dilinin yaradılması təklifləri irəli sürüldü.