A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyədə prezident seçkilərini müşahidə edəcək - Turk-PA.org
Friday, 07 October 2022, 19:00:51 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyədə prezident seçkilərini müşahidə edəcək

09.08.2014 10:39
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 10 avqust 2014-cü il tarixində Türkiyə Respublikasında ölkə vətəndaşları tərəfindən birbaşa ümummilli səsvermə yolu ilə ilk dəfə keçiriləcək prezident seçkilərinin qısa müddətli monitorinqini həyata keçirəcəkdir.


Azərbaycan Respublikası Milli Məclisinin üzvü cənab Nizami Cəfərovun rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası səfər zamanı Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri cənab Haşim Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri cənab Haluk İpek və Türkiyə Parlamentindən olan digər TÜRKPA üzvləri, eyni zamanda Xarici İşlər Nazirinin müavini cənab Naci Koru və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirmişdir. Görüşlər zamanı müşahidəçilər prezident seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər və beynəlxalq səviyyədə tanınmış seçki standartlarının təmin edilməsi haqqında ətraflı məlumatlandırılmışdır.

Türkiyə rəsmiləri ümummilli prezident seçkilərinin ilk dəfə olaraq təşkil olunduğunu və buna görə hökumət tərəfindən bütün vətəndaşlara öz səsvermə hüququndan istifadənin təmin edilməsi üçün zəruri addımların atıldığını bildirmişlər. Misal üçün, 2014-cü ilin 31 iyul və 3 avqust tarixləri arasında xaricdə yaşayan Türkiyə vətəndaşları Türkiyənin diplomatik missiyalarında və ya Türkiyə hökuməti tərəfindən icarəyə götürülmüş məntəqələrdə səs vermişlər. Seçicilərin ümumi sayı xaricdə qeydiyyatdan keçmiş 2,7 milyon daxil olmaqla təxminən 53 milyon nəfərdir. Seçkilərin ilk turunda qalib olmadığı təqdirdə, ikinci tur 26 avqust 2014-cü il tarixində keçiriləcəkdir.