A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi ATƏT PA-nın Bakıda keçirilən İllik Sessiyasında iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:40:38 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi ATƏT PA-nın Bakıda keçirilən İllik Sessiyasında iştirak etmişdir

08.07.2014 09:51
TÜRKPA Baş Katibi cənab Jandos Asanov ATƏT PA-nın 28 iyun 2 iyul 2014-cü il tarixlərində Bakıda keçirilən 23-cü İllik Sessiyasında iştirak etmişdir. Sessiya “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında Azərbaycan Respublikası Milli Məclisinin evsahibliyində keçirilmişdir.


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, İsveçrə Federasiyasının Prezidenti və ATƏT PA-nın Fəaliyyətdə olan Sədri Zati-aliləri Didier Burkhalter, Rusiya Dövlət Dumasının Sədri cənab Sergey Naryshkin və Ukrayna Ali Radasının Sədr müavini cənab Ruslan Koshulynsky 28 iyunda Plenar Sessiyanın açılışında iştirak etmişdir.

2 iyul 2014-cü il tarixində ATƏT parlamentariləri tərəfindən Bakı Bəyannaməsi qəbul edilmiş və Finlandiyanın keçmiş Xarici İşlər Naziri, ATƏT-in keçmiş Fəaliyyətdə olan Sədri cənab Ilkka Kanerva ATƏT PA-nın Prezidenti seçilmişdir.

Sessiya ərzində TÜRKPA Baş Katibi ATƏT PA-nın Prezidenti cənab Ranko Krivokapic, ATƏT PA-nın Baş Katibi Spencer Oliver və digər vəzifəli şəxslərlə görüşmüşdür.

Sessiya çərçivəsində 30 iyun 2014-cü il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətlərinin qeyri-rəsmi görüşü keçirilmiş və Sessiyanın gündəliyinə dair bəzi məsələlər müzakirə olunmuşdur.

TÜRKPA 2011- ci ildən etibarən ATƏT PA-nın qış və illik sessiyalarında qonaq qismində iştirak edir və bu zaman ərzində TÜRKPA Katibliyi ATƏT PA çərçivəsində Türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi prosesini həyata keçirməyə başlamışdır. Bu çərçivədə dörd ölkədən olan nümayəndə heyətləri ATƏT PA-nın 2013-cü ildə İstanbulda keçirilən İllik və Vyanada keçirilən Qış Sessiyalarında birgə qeyri-rəsmi görüşlər keçirmiş və məsləhətləşmələr aparmışdır.