A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

"Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası"adlı konfrans - Turk-PA.org
Friday, 07 October 2022, 22:35:26 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

"Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası"adlı konfrans

17.04.2012 13:09

Tədbir iştirakçıları əvvəlcə bu ali təhsil ocağında yaradılmış Heydər Əliyev muzeyi ilə tanış olmuşlar. Burada qonaqlara dünya şöhrətli siyasi və dövlət xadimi, türk dünyasının liderlərindən olan ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Ümummilli liderimizin də bu ali təhsil ocağının məzunu olduğu diqqətə çatdırılmışdır. Ulu öndərin dünyanın nüfuzlu dövlət və hökumət rəhbərləri, ictimai-siyasi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər qonaqlarda dərin təəssürat yaratmışdır.

Universitetin rektoru, akademik, Milli Məclisin deputatı cənab Abel Məhərrəmov BDU-nun tarixi, Azərbaycanın təhsil sisteminin inkişafındakı rolu, dünya elminə bəxş etdiyi töhfələr barədə ətraflı məlumat vermişdir

Daha sonra cənab rektor konfransı açaraq qonaqları salamlamış, BDU-nun fəaliyyəti, qazandığı uğurlar barədə məlumat vermiş, konfransın əhəmiyyətindən danışmışdır. O demişdir ki, türk dövlətlərini birləşdirən qardaşlığımız, ortaq keçmişimizdir. XX əsrin sonu - XXI əsrin əvvəlləri türkdilli xalqların və dövlətlərin liderlərinin durmadan artan təmasları, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, TÜRKPA, TÜRKSOY kimi qurumların yaradılması, ikitərəfli və çoxtərəfli əlaqələrin geniş vüsət alması ilə əlamətdardır. Rektor türk dövlətlərinin müxtəlif beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmələrini, iqtisadi layihələrdəki işbirliyini, bir-birinin siyasi və iqtisadi maraqlarını qorumalarını, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini, xüsusən də digər türk dövlətləri üçün örnək ola biləcək Türkiyə-Azərbaycan strateji əməkdaşlığını xüsusi vurğulamışdır. Bildirmişdir ki, bir neçə gün əvvəl İstanbulda baş tutan Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə qəbul olunan qərarlar türk dünyasının təmərküzləşməsi istiqamətində mühüm addımdır. Bu qərarlardan ən önəmlisi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasıdır. Qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcəkdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Naxçıvan zirvə toplantısındakı Türkdilli xalqların Akademiyasının yaradılması ilə bağlı təklifi gerçəkləşmək üzrədir. Astanada bu Akademiya üçün bina ayrılmışdır, onun strukturunun formalaşdırılması üzrə iş aparılır.

Azərbaycan Prezidenti İlham Əliyev X zirvə görüşündə TÜRKSOY Fondunun yaradılması təklifini irəli sürmüşdür və bu istiqamətdə də işlər görülür.
Rektor BDU ilə Türkiyə və Qazaxıstanın nüfuzlu universitetləri arasındakı əlaqələrdən, universitetlər arasında təcrübə, tələbə mübadiləsindən, professor və müəllimlərin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmış, İstanbul Universitetinin bir qrup müəlliminin Bakıya gələcəyini bildirmişdir. Rektor konfransın işinə uğurlar arzulamışdır.

TÜRKPA-nın baş katibi Ramil Həsənov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, nəzərdə tutulmuş layihələr barədə məlumat vermişdir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxışında demişdir ki, Azərbaycan parlamenti yalnız insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət büdcəsinin qəbulu və s. bu kimi məsələlərlə məşğul deyil. Azərbaycanın xarici siyasətinin formalaşmasında, beynəlxalq əlaqələrinin möhkəmlənməsində Milli Məclis mühüm rol oynayır. Hazırda dünyanın ən nüfuzlu 8 parlamentlərarası təşkilatın tamhüquqlu üzvü olan Milli Məclis 2 beynəlxalq parlament təşkilatı ilə də sıx əməkdaşlıq edir. Milli Məclisdəki parlamentlərarası dostluq qrupları da beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayırlar.

S.Mirzəyev gələcəkdə bütün türkdilli ölkələrin TÜRKPA-ya üzv olacaqlarına, əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmiş və demişdir ki, Azərbaycan dövləti və Milli Məclisi TÜRKPA-nın fəaliyyətini hər zaman dəstəkləyəcəkdir.

TBMM-in baş katibi Sadettin Kalkan TürkPA-nın fəaliyyəti nəticəsində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmişdir. O, Türkiyə parlamentinin beynəlxalq münasibətlərdəki rolu və yeri barədə məlumat vermişdir. Bildirmişdir ki, TBMM-də xarici siyasətin istiqamətlərinə təsir göstərən 3 komitə vardır. Bununla yanaşı, 102 dostluq qrupu da vardır ki, onlar da beynəlxalq əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayırlar.

S.Kalkan TÜRKPA çərçivəsində əməkdaşlığın dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələri dərinləşdirmək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm vasitə olduğunu bildirmişdir.

Qazaxıstan Senatı aparatı rəhbərinin müavini Berik Arın TÜRKPA-nın fəaliyyətinin, eləcə də türkdilli dövlətlərin dövlət başçılarının zirvə görüşlərində qəbul olunmuş qərarların icrasının dost və qardaş ölkələr arasında münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, tədbirin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, TürkPA ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.

Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov çıxışında TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərdiyini bildirmişdir.

Sonda tələbələrin fikirləri dinlənilmiş, sualları cavablandırılmışdır.