A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Bişkekdə TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 3-cü toplantısı keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 22:40:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bişkekdə TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 3-cü toplantısı keçirilmişdir

18.04.2014 23:58
15 aprel 2014-cü il tarixində, Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 3-cü toplantısı baş tutmuşdur. Toplantı gündəliyinin əsas mövzusu Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqəsi olmuşdur.


Toplantıya TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının Sədri, Azərbaycan Respublikası parlamentinin üzvü Əhliman Əmiraslanov sədrlik etmişdir. TÜRKPA üzv ölkələrinin parlamentariləri Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri mövzusunda müzakirələr aparmışdır.

Komissiya parlament nümayəndə heyətləri arasında sənəd və məlumat mübadiləsi yolu ilə əlaqələrin saxlanılması məsələsi, TÜRKPA üzv ölkələrinin beynəlxalq təşkilatlarda təmsil olunan milli nümayəndə heyətləri arasında müntəzəm olaraq birgə görüşlərin keçirilməsi, TÜRKPA Katibliyi vasitəsilə Türkdilli ölkələrin müxtəlif beynəlxalq forumlarda fəaliyyətlərinə dair informasiya mübadiləsinin aparılması da daxil olmaqla bir sıra tövsiyə qərarlarını qəbul etmişdir.

Komissiyanın növbəti 4-cü toplantısının 2014-cü ilin ikinci yarısı Türkiyədə keçirilməsi qərara alınmışdır.