A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Ankarada TÜRKPA üzv parlamentlərinin Sosial Siyasət Komissiyalarının birinci toplantısı keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 23:40:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Ankarada TÜRKPA üzv parlamentlərinin Sosial Siyasət Komissiyalarının birinci toplantısı keçirilmişdir

11.04.2014 23:48
8 aprel 2014-cü il tarixində Ankarada TÜRKPA-nın fəaliyyətdə olan Sədrliyinin himayədarlığı ilə üzv ölkələrin parlamentlərinin Sosial siyasət və Səhiyyə Komissiyalarının 1-ci toplantısı keçirilmişdir.


Türkiyə Böyük Millət Məclisinin Səhiyyə və Sosial məsələlər komissiyasının rəhbəri cənab Necdet Ünüvar iştirakçıları salamlayaraq toplantının ilk dəfə keçirildiyini vurğulamış və toplantının təcrübə və məlumat mübadiləsi ilə yanaşı yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində tövhələr verəcəyini xüsusilə bildirmişdir.

TÜRKPA üzv ölkələrindən olan millət vəkilləri parlamentlərin Sosial məsələlər üzrə komissiyalarının struktur və fəaliyyətlərini, komissiyalar arasında əməkdaşlıq perspektivlərini və milli sosial siyasətin əsas aspektlərinin müəyyənləşdirilməsində parlamentlərin rolu kimi mövzuları müzakirə etmişdir.

Toplantı çərçivəsində iştirakçılar Türkiyənin Səhiyyə naziri Dr. Mehmet Müezzinoğlu, Ailə və Sosial siyasət naziri Dr. Ayşenur İslam və Əmək və İctimai Təhlükəsizlik nazirinin müavini cənab Halil Etyemez ilə görüşmüşdür. Millət vəkilləri ilə görüş zamanı Türkiyə hökumətinin yüksək vəzifəli rəsmiləri TÜRKPA-nın missiyasının və üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır.