A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

İstanbulda hüquqi ekspertlərin seminarı keçirilmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:04:34 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

İstanbulda hüquqi ekspertlərin seminarı keçirilmişdir

18.03.2014 17:43
18 mart 2014-cü il tarixində İstanbulda TÜRKPA-nın fəaliyyətdə olan Sədrliyinin təşəbbüsü və Türk Dünyası Bələdiyyələr Birliyinin, həmçinin İstanbul Universitetinin dəstəyi ilə TÜRKPA çərçivəsində “Üzv ölkələrin milli qanunvericiliklərinin uyğunlaşdırılması” başlığı altında ekspert toplantısı keçirilmişdir.

İstanbul Universitetində baş tutan seminarda TURKPA Baş Katibi J. Asanov, İstanbul Universitetinin prorektoru M. Ak, Avrasiya Araşdırmalar İnstitutunun Direktoru B. Günay, Dekan müavini və hüquq üzrə professor F. Gedikli, TDBB-nin Baş Katibi Mustafa Başkurt, eləcə də digər vəzifəli şəxslər üzv ölkələr arasında əlaqələrin inkişafı məqsədilə qanunvericilik bazasının yaxşılaşdırılması üçün ekspert potensialının toplanmasına ehtiyac olduğunu qeyd etmişdir.

Seminar TÜRKPA Parlamentləri üçün tövsiyə qərarları qəbul etmişdir. Toplantıda TÜRKPA Parlamentləri administrasiyalarının yüksək vəzifəli şəxsləri və əməkdaşları iştirak etmişdir.