A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Parlamentlərarası İttifaqın 130-cu Assambleyasında iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:45:53 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Parlamentlərarası İttifaqın 130-cu Assambleyasında iştirak etmişdir

19.03.2014 20:20
TÜRKPA nümayəndə heyəti 16-20 mart 2014-cü il tarixlərində Parlamentlərarası İttifaqın (PAİ) Cenevrədə keçirilən 130-cu Assambleyası və əlaqədar toplantılarında iştirak etmişdir. Nümayəndə heyətini Baş Katibin müavini Fuad Ələkbərov və Beynəlxalq əlaqələr kommissiyasının katibi Emin Həsənov təmsil etmişdir.


Assambleyada Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Nigmatulin və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Cemil Çiçeyin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir. 17 mart 2014-cü il tarixində hər iki nümayəndə heyətinin başçısı ümümi müzakirələrdə çıxışlar etmişdir.

Cənab Niqmatulin öz çıxışında Qazaxıstanın insan hüquqları, təhlükəsizlik, humanitar məsələlər və digər sahələrdə fəaliyyətləri haqqında məlumat vermişdir.

Cənab Cemil Çiçek iştirakçıları qanunun aliliyinin təşviqi, insan hüquqları, azlıqların hüquqlarının qorunması və s. daxil olmaqla Türkiyə hökuməti tərəfindən həyata keçirilən islahatlar haqqında məlumatlandırmışdır.

Həmin gün TÜRKPA nümayəndə heyətinin TBMM-nin Sədri cənab Cemil Çiçek və İƏT Pİ-nin Baş Katibi cənab Mahmud Erol Kılıçla qeyri-rəsmi görüşləri də baş tutmuşdur.

Qeyd edək ki, TÜRKPA 2010-cu ildən PAİ-da müşahidəçi statusuna malikdir.