A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkiyə Parlamenti Yaxşı İdarəçiliklə bağlı dəyirmi masaya ev sahibliyi etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 20:32:16 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türkiyə Parlamenti Yaxşı İdarəçiliklə bağlı dəyirmi masaya ev sahibliyi etmişdir

14.03.2014 17:52
11 mart 2014-cü il tarixində Türkiyə Böyük Millət Məclisi yaxşı idarəçilik prinsiplərinin həyata keçirilməsində parlamentlərin və rüşvətxorluğun qarşısının alınmasında qanunvericilik orqanlarının rolu mövzusunda dəyirmi masa təşkil etmişdir. Dəyirmi masa dörd TÜRKPA üzv dövlətlərindən olan ekspertlərin iştirakı ilə TÜRKPA-nın mövcud Türkiyə sədrliyinin fəaliyyət planı çərçivəsində keçirilmişdir.


İştirakçılar yaxşı idarəçiliyin həyata keçirilməsində hazırkı nailiyyətlər və üzv dövlətlərin qarşısında duran çətinliklər barədə müzakirələr və fikir mübadiləsi aparmışlar. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərindən olan ekspertlər, müvafiq olaraq, öz ölkələrinin yaxşı idarəçilik üçün strategiyaları və korrupsiyaya qarşı tədbirlərin təkmilləşdirilməsi konsepsiyalarını təqdim etmişlər.

Toplantı üzv parlamentlər arasında informasiya və təcrübə mübadiləsinə təkan verə biləcək yaxşı idarəçilik məsələsinə TÜRKPA çərçivəsində baxılması ehtiyacının iştirakçılar tərəfindən vurğulandığı yekun hesabatın qəbul olunması ilə başa çatmışdır.