A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Türkdilli Dövlət başçılarının Sammitində iştirak edəcək. - Turk-PA.org
Friday, 07 October 2022, 23:35:40 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi Türkdilli Dövlət başçılarının Sammitində iştirak edəcək.

12.08.2013 11:32
TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ şəhərində keçiriləcək III Zirvə toplantısında iştirak edəcək.


Sammit çərçivəsində 15 avqust tarixində Türk Konseyi üzv ölkələri Xarici İşlər Nazirlərinin, 16 avqust tarixində isə Dövlət Başçılarının görüşü baş tutacaqdır.
Eyni zamanda, toplantı əsnasında TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun TÜRKPA-nın 5-ci ildönümü və diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar çıxışı da gözlənilir. Sammit çərçivəsində TÜRKPA Baş Katibinin Türk Konseyinin Baş Katibi cənab Halil Akıncı və TÜRKSOY Baş Katibi cənab Düsen Kaseynovla ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.

Həmçinin Zirvə toplantısında Xarici İşlər Nazirləri arasında işbirliyi protokolunun imzalanması da planlaşdırılır. Eyni zamanda 16 avqust tarixində sammitdə qəbul olunan qərarların açıqlanacağı media toplantısı da gerçəkləşdiriləcək.
Görüşdə TÜRKPA Baş Katibini Baş Katibin müavinləri cənab Mels Semqaliyev, Kürşad Melih Sarıarslan və Beynəlxalq Əlaqələr Komissiyasının katibi cənab Emin Həsənov müşayiət edəcəklər.