A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edəcək Çin dövlətinin nümayəndələrini qəbul edib - Turk-PA.org
Friday, 07 October 2022, 22:45:00 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edəcək Çin dövlətinin nümayəndələrini qəbul edib

06.03.2014 16:35
6 mart 2014-cü il tarixində TÜRKPA Baş Katibi Jandos Asanov Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə Departamentinin Direktor müavini cənab Su Fangqiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iştirakçı dövlət və hökumət başçılarının cari ilin may ayında Şanxay şəhərində keçiriləcək zirvə toplantısı ilə bağlı məsələlərin müzakirə edilməsi olmuşdur. Qeyd edək ki, sözügedən zirvə toplantısında Sədrlik Türkiyədən ÇXR-na keçəcək.

İlk dəfə pan-Asiya təhlükəsizlik strukturunun yaradılması ilə məşğul olan bir konfransın çağırılması ideyası 5 oktyabr 1992-ci ildə BMT-nin Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev tərəfindən təklif olunmuşdur. Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün effektiv və məqbul bir strukturun yaradılması niyyəti bu təşəbbüsün əsas hərəkətverici qüvvəsi idi.
2006-2008-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ilk İcraçı Direktoru vəzifəsində fəaliyyət göstərən cənab Jandos Asanov qeyd etdi ki, ötən dövr Qazaxıstan Prezidentinin ideyasının tam zamanında verilmiş bir qərar olduğunu bir daha sübut etdiyini vurğulamışdır.

Hazırda CİCA Asiyanın 20-dən artıq ölkəsini bir araya gətirən və müxtəlif sahələrdə etimad tədbirlərini həyata keçirən unikal beynəlxalq platforma kimi formalaşmışdır. CICA-nın müntəzəm fəaliyyəti gələcəkdə Asiyanın hər tərəfini əhatə edən təhlükəsizlik strukturunun yaradılmasına yol açan əsaslı ekspert potensialının toplanmasına imkan verir.
TÜRKPA Baş Katibi CICA-nın Çin Sədrliyi altında ümumi məqsəd və vəzifələrin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail olacağına əminliyini ifadə etmişdir.
Qeyd etmək lazımdır ki, TÜRKPA 2012-ci ildən etibarən CİCA-nın fəaliyyətində müşahidəçi qismində iştirak edir və cari ilin 20-21 may tarixlərində keçiriləcək zirvə toplantısında iştirakı gözlənilir.